“Barselona” “qızıl dubl”u rəsmiləşdirdi
Bizi izləyin

İdman

“Barselona” “qızıl dubl”u rəsmiləşdirdi

İspaniya kubokunun 2015/16 mövsümünün final matçı keçirilib. Həlledici oyunda "Barselona" "Sevilya" ilə qarşılaşıb.

"Visente Kalderon"da keçirilən oyunda qalib gələn kataloniyalılar ölkə çempionatından sonra kuboku da qazanaraq “qızıl dubl”a imza atıblar.

Qeyd edək ki, bundan öncəki ölkə kubokunun da qalibi olan "Barsa"nın hesabında ümumilikdə 28 ölkə kuboku var. Katalonlar bu cəhətdən hamını qabaqlayır.

İspaniya kuboku, final

22 may

“Barselona” – “Sevilya” - 2:0 (əlavə vaxtda)

Qollar: Xordi Alba, 97, Neymar, 120+2

Qırmızı vərəqələr: Maskerano, 37 (“Barselona”) - Ever Baneqa, 90+2 (“Sevilya”)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm