Çempion subaylığın daşını atır - FOTO
Bizi izləyin

İdman

Çempion subaylığın daşını atır - FOTO

2016-cı ilin ən gözlənilməz hadisəsi şübhəsiz ki, “Lester”in İngiltərə çempionu olmasıdır. “Tülkülər”in tarixi uğurunda müstəsna xidməti olanlardan biri də hücumçu Ceymi Vardi oldu. Yüksək məhsuldarlığı onun millidə də yerini möhkəmləndirdi. Hazırda Avropa çempionatına hazırlaşan forvardın həyatında daha bir əlamətdar hadisə olacaq.

Publika.az xəbər verir ki, 29 yaşlı forvard mayın 27-də Avstraliya ilə keçiriləcək yoldaşlıq matçında iştirak etməyəcək. İngiltərə yığmasının düşərgəsini tərk edən Vardi ayın 25-də ailə həyatı qurmağa hazırlaşır.

Qeyd edək ki, İngiltərə çempionu Vardi ötən ildən milliyə dəvət alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm