Məşhur futbolçudan xeyirxah addım - Bütün borcları ödədi
Bizi izləyin

İdman

Məşhur futbolçudan xeyirxah addım - Bütün borcları ödədi

“Fənərbağça”nın təcrübəli qapıçısı Volkan Dəmirəl həyat yoldaşı Zeyneb xanımla birlikdə alqışalayiq addım atıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Volkan bəzi komanda yoldaşlarının da dəstəyi ilə iki il əvvəl Türkiyədə baş verən Soma faciəsində həlak olanların yaxınlarının kredit borclarını bağlayıb.

940 min TL (təxminən 315 min dollar) borcu ödəyən Volkan bu xeyriyyəçi addımını gizli saxlasa da, faciə qurbanlarının yaxınları xəbəri mətbuata sızdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm