İdman
2015/16 mövsümü: “Qarabağ” hamıdan çox vurub, az buraxıb
Beləcə 2015/16 mövsümü də başa çatdı. Futbol üzrə Azərbaycan çempionatının növbəti mövsümü “Qarabağ”ın hegemonluğu ilə tarixə qovuşdu. Bu dəfə də qalmaqal, hakim səhvləri, qısamüddətli intriqa əskik olmadı.
Publika.az Peşəkar Futbol Liqasının statistikasına əsaslanaraq xəbər verir ki, 2015/16 mövsümündə qapılara 390 qol vurulub. Mövsümüm qollarından 221-nə meydan sahibləri, 169-na qonaqlar imza atıblar. Baş tutan 36 turun 180 matçındakı orta məhsuldarlıq 2,17-yə bərabər olub. Bu, ölkə çempionatlarında 3 ən aşağı göstəricidən biridir. 2010/11 mövsümündə 1,98, 2009/10 mövsümündə 2,04-lə ifadə edilən orta məhsuldarlıq digər çempionatlarda daha yüksək olub.
Başa çatan mövsümdə “Qarabağ” hamıdan çox – 66, “Xəzər Lənkəran” ən az – 16 qol vurub.
“Qarabağ” hamıdan az – 21 top buraxıbsa, “Rəvan”da bu rəqəm üçqat çoxdur – 63.
“Sumqayıt”la “Rəvan”ın keçirdiyi görüşlərdə daha çox – 90 qol vurulub. AZAL-ın iştirakı ilə baş tutan matçlarda 64 qol qeydə alınıb.
Öz meydanında 40 qol vurub, 6-nı buraxan “Qarabağ” hər iki göstəricidə hamıdan yaxşıdır. “Xəzər Lənkəran” evdə 9 qol vurubsa, “Rəvan” 30-nu buraxmaqla ən aşağı göstəriciyə malikdir.
Səfərdə “Qarabağ” 26 qol vurubsa, “Xəzər Lənkəran”la AZAL hərəyə 7 dəfə fərqləniblər. Rəqib meydanında ən az qol buraxan 4 komanda – “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” hərəsi 14 topa üzülüb. Ən pis göstəriciyə malik “Rəvan” rəqib meydanlarında 33 qol buraxıb.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı