Şota Arveladze “Neftçi”yə gətirilir?
Bizi izləyin

İdman

Şota Arveladze “Neftçi”yə gətirilir?

Məşhur gürcü mütəxəssis Şota Arveladze “Neftçi”nin “sükanı arxasına” keçə bilər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arveladze “Ağ-qaralar”la danışıq aparmaq üçün bir neçə gün əvvəl Bakıya gəlib.

Gürcü məşqçi həm 17 yaşlılar arasında Avropa çempionatının oyunlarını izləyib, həm də “Neftçi” rəhbərliyi ilə danışıq aparıb.

Onun Azərbaycan kubokunun finalından sonra “Neftçi”ylə müqavilə bağlayacağı iddia olunur.

Şota Arveladze Türkiyədə “Kayserispor”, “Kasımpaşa” və “Trabzonspor” kimi klublarda fəaliyyət göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm