Uşaqbazlıq üstündə “yatan” futbolçuya həbsxanada... - FOTO
Bizi izləyin

İdman

Uşaqbazlıq üstündə “yatan” futbolçuya həbsxanada... - FOTO

“Sanderlend”in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi, 6 illik müddətə azadlıqdan məhrum edilən Adam Conson həbsxanada yeni təyinat alıb.

Publika.az xəbər verir ki, azyaşlı ilə intim əlaqəyə görə həbs edilən Adam bundan sonra bərbər kimi çalışacaq. Bu işə görə o, həftədə 20 funt sterlinq (26 avro) qazanacaq. Hər gün 6 saatlıq iş rejimi olan Consona 2 saat nahar fasiləsi veriləcək.

Martın 29-da xəbər yayılmışdı ki, sabiq futbolçu həbsxanada mərtəbələri təmizləmək üçün həftəyə 11 funt (14 avro) qazanacaq. Müqayisə üçün deyək ki, “Sanderlend”də həmin vaxt müqabilində onun gəliri 60 min funt (77,5 min avro) idi.

Fevralın 10-da həbs edilən Conson 15 yaşlı pərəstişkarına qarşı seksual xarakterli hərəkətlərə görə günahkar bilinib. Bundan sonra “Sanderlend” rəhbərliyi birtərəfli qaydada onunla müqaviləyə xitam verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm