İdman
Milyonlar batdı: Hafiz Məmmədovun klubu erməniyə verildi
Paris kommersiya məhkəməsinin mayın 23-də verdiyi qərara əsasən, Fransanın əvvəllər azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus olan «Lans» futbol klubu yeni sahibini tapıb.
Gözlənildiyi kimi, komandanın yeni sahibləri arxasında Madridin «Atletiko» klubunun nümayəndələri İqnasio Aquillo (Madrid klubunun İdarə Heyətinin üzvü) və Migel Anhel Hil («Atletiko»nun baş direktoru) duran Lüksemburqun «Solferino» şirkəti, həmçinin təsisçiləri erməni əsilli livanlı Jozeüf-Mari Oqurlyan və fransalı Jil Fretinye olan Britaniyanın «AmberCapital» investisiya şirkəti olublar.
Virtualaz.org-un müxbiri ilə söhbətində məhkəmənin bu qərarına etiraz edəcəyini bildirən Hafiz Məmmədov artıq Fransaya vəkillərini göndərdiyini bildirib. «Mən hələ «RCL Holdinq»in müflis elan edilməsi ilə bağlı sənədləri almamışam. Məhkəmənin 4 may tarixli qərarı da mənə göndərilməyib», - H.Məmmədov deyib.
Xatırladaq ki, Hafiz Məmmədovun «RCL Holdinq» şirkəti mayın 4-də hesabında 5735 avro ilə Fransada müflis elan edilib.
«Hafiz Məmmədov mənim əziz dostumdur, - bunu məhkəmədən sonra mətbuat konfransında İqnasio Aquillo deyib. - O, «Lans»ın uğurları üçün çox şey edib, xeyli pul yatırıb. Lakin indi onun çətinlikləri var, klub isə gözləyə bilməz. Dostluğumuza görə mən Hafiz Məmmədovu qane edəcək həll yolu axtardım. Biz əlimizdən gələni etdik ki, Məmmədovun «Lans»ın həyatındakı rolunu qoruyub saxlayaq. Ümid edirəm ki, o tezliklə öz problemlərini həll edəcək».
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI