• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Bakıda avtomobil yarışı keçiriləcək

  • İdman
  • 24 May 2016 14:51
  • 375 Baxış
Bakıda avtomobil yarışı keçiriləcək

Mayın 29-da Bakıda V1 Challenge 2016 üzrə Azərbaycan çempionatı keçiriləcək.

Təşkilatçı Azərbaycan Avtomobil Federasiyasından Publika.az-a verilən məlumata görə, yarış Bakı Olimpiya Stadionu yaxınlığındakı Böyükşor parkı ətrafında açıq havada təşkil olunacaq.

Çempionatda 12 yerli pilot iştirak edəcək. Onlar əvvəlcə sıralama mərhələsində yarışacaq, göstərilən nəticələrə uyğun idmançılar 3 qrupa bölünərək mübarizə aparacaqlar. İlk 3 yeri tutanlar mükafatlandırılacaq.

Qeyd edək ki, 2014-cü il oktyabrın 11-də “V1 Challenge” yarışının Azərbaycanda təqdimatı keçirilib. Bakı Kristal Zalında təşkil olunmuş yarışda 12 ölkədən 14 idmançı iştirak edib. Bakıdakı təqdimat yarışının qalibi fransız pilot Anton Huber, 2-ci yerin sahibi almaniyalı Harald Müller, 3-cü yerin sahibi isə livanlı Abdo Feqali olub. Pilotların mübarizəsini 18 000 tamaşaçı canlı izləyib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>