• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

“Şuşa-Qarabağ” Futbol klubu qayıdır

  • İdman
  • 25 May 2016 01:09
  • 1 280 Baxış
“Şuşa-Qarabağ” Futbol klubu qayıdır

“Şuşa-Qarabağ” Peşəkar Futbol klubunun yeni prezidenti seçildi. 23 may 2016-cı ildə keçirilən iclasda Azərbaycanın ” Şuşa-Qarabağ” futbol klubu yeni prezidentini rəsmən açıqlanıb.

“Report”un verdiyi məlumata görə, bundan sonra kluba sahibkar Güləli Qəhrəman oğlu Bağırov rəhbərlik edəcək.

G.Bağırov seçkilərdə 30 səs toplayaraq prezident postuna layiq görülüb. O, digər namizədləri cəmi 23 səs qabaqlayıb. Klubun sabiq rəhbəri N.Qasımov isə 7 səs yığıb.

Qeyd edək ki, bundan əvvəlki prezident Nadir Qasımov 2009-cü ildən kluba rəhbərlik edirdi. Şuşa-Qarabağ Peşəkar Futbol klubunun yeni prezidenti G.Bağırov onuda qeyd edib ki, Ermənistanın “Kirs-Şuşi”, Krasnodar vilayətində erməni diasporasının yaratdığı və maliyyələşdirdiyi “Naş-Şuşa” futbol komandalarının mövcudluğu fonunda Azərbaycanda “Şuşa-Qarabağ” FK yenidən bərpa olunması cox vacibdir.

Ötən illər ərzində Azərbaycanda “Şuşa-Qarabağ” FK-nun maliyyə səbəbindən fəaliyyətinin dayandırılması çox üzücüdür və ölkəmizin siyasi maraqlarına ziddir. Ona görədə Klubun yeni prezidenti G.Bağırov bildirib ki: “Şuşa-Qarabağ” klubunun nəinki Azərbaycanda hətta beynəlxalq arenalarda iştirak etməsi yolunda bütün təcrübə və gücünü sərf edəcək. Tanınmış mütəхəssis Qasımov Nadir “Şuşa-Qarabağ”futbol klubuna baş məşqçi təyin olunub".

Parlamentin üzvü, “Qarabağ” klubunun sadiq azarkeşi Aqil Abbas Şuşa təmsilçisinə AFFA-nın yardım etməli olduğunu vurğuladı: “Demək olar ki, Azərbaycandakı klubların hamısında maliyyə problemi var. “Şuşa” klubu birinci liqada çıxış edirdi, normal oyun nümayiş etdirirdi. Maliyyə sıxıntısı problemlərin yaranmasına səbəb oldu. Tək bizdə yox, digər böyük ölkələrdə də klubların maliyyə problemi var. Fransanın “Lans” klubunun maliyyə problemi var idi, hətta çempionatdan çıxarılma dərəcəsinə gəlmişdi.

Şuşasevərlər və şuşalılar “Şuşa” (“Şuşa Qarabağ”) klubu yaradıblar. İndi də imkanları yoxdur, klub fəaliyyətini dayandıra bilər. Amma müvəqqəti dayandıra bilər. İnanmıram həmişəlik olsun. Yəqin ki, toparlanıb yenidən komandanı vəziyyətdən çıxaracaqlar. Yaxşı olar ki, AFFA da belə komandalara kömək etsin. Məsələn, bu yaxınlarda oldu. Sevindim ki, AFFA “Bakı”ya 10 milyon pul ayırır, klubun yaşaması üçün. Bilirsiniz ki, “Bakı” da maliyyə problemiylə üzləşib. Bütün oyunçuları gedib, indi azyaşlılar, öz yetirmələri oynayır. Pul almasalar da…

Məncə, AFFA Şuşa klubuna da pul ayıra bilər, burada bir problem görmürəm. Yəqin ki, Rövnəq Abdullayev bu işə bir əncam çəkəcək. O, çəkməsə də, Qarabağ icması köməyini əsirgəməz, içi mən qarışıq.

Vaxtilə “Qarabağ” klubu da dayanmaq üzrə idi. Futbolçular maaş ala bilmirdi, yatmağa yerləri yox idi. Onda biz o komandanı saxladıq. Qoymadıq ki, fəaliyyətini dayandırsın. İndi “Qarabağ” dünyaya meydan oxuyur. Bunları ona görə deyirəm ki, “Şuşa”ya da kömək etmək mümkündür”.

Deputat Rövşən Rzayev “Şuşa Qarabağ” klubunun fəaliyyətinə belə münasibət bildirdi: “Əgər klub yaradılırsa, AFFA-nın qaydalarına uyğun yaradılmalıdır. Onlarla birgə məsələni əvvəldən həll etməlidirlər ki, sonradan belə problemlər olmasın. Mən vaxtilə “Şuşa” futbol klubu yaratmaqla bağlı onlarla görüşmüşəm. İstərdim ki, onların yaxşı imkanları olsun. Amma hazırki vəziyyətləri barədə heç nə deyə bilmərəm. Bağlanmaması üçün onu AFFA ilə həll etmək lazımdır.

Hamımız bir azərbaycanlı kimi istərdik ki, bizdə futbol klubları çox olsun, onlar öz arzularına uyğun olaraq imkanlarından istifadə edə bilsinlər. Amma mən ürəkdən istəyirəm ki, bizim bu klubumuz fəaliyyət göstərsin”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>