Ukraynalı boksçudan xain addım: qələbəsini Rusiyaya həsr etdi - VİDEO
Bizi izləyin

İdman

Ukraynalı boksçudan xain addım: qələbəsini Rusiyaya həsr etdi - VİDEO

Ukrayna boksçusu Stanislav Kaştanov polyak Tomas Qarquloy üzərində qələbəni Rusiya prezidenti Vladimir Putinə həsr edib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, idmançı Moskvada titul döyüşünə üzərində Putinin təsviri olan mayka ilə çıxıb.

Donetskin 31 yaşlı sakini Rusiyanın Ukraynanın şərqinə müdaxiləsindən sonra Rusiyaya keçib. O, “Donetsk sakinlərinə dəstəyə” görə Rusiya prezidentinə təşəkkür edib.

“Mən millətçiliyə qarşıyam, amma uşaqlıqdan özümü rus hesab edirəm. Ukraynada baş verənlər dəhşətlidir. Bunu final nöqtəsi Donetskə endirilən aviazərbələr oldu. Mən anladım ki, qızlarımı və həyat yoldaşımı qorumalıyam. Rusiyaya köçməyə qərar verdik. Əslində bu müharibəyə görə ailəm və özüm üçün təqvimdə ikinci doğum günü yarandı”, - Kaştanov deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm