• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Futbol tarixində görünməmiş hesab – 1:44

  • İdman
  • 26 May 2016 13:59
  • 1 164 Baxış
Futbol tarixində görünməmiş hesab – 1:44

Ekvadorun “İndi Neytiv” klubu bir oyunla bütün dünya mətbuatının gündəmini zəbt edib.

Publika.az xəbər verir ki, ölkənin regional futbol liqasının 2-ci divizionunda mübarizə aparan komanda “Pelileo” klubuna 1:44 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra liqa rəhbərliyi “İndi Neytiv”i aşağı diviziona göndərib. Rəsmi səbəb kimi bu komandanın çempionatda çıxış üçün 2400 dollar məbləğində giriş haqqını ödəmədiyi göstərilsə də, böyük ehtimalla əsas səbəb səviyyə ilə bağlıdır. “İndi Neytiv” cəmi 3 həftə bu liqada oynaya bildi. 1:44 Ekvador futbolu tarixində ən böyükhesablı məğlubiyyətdir.

Dünya futbolunda isə bu göstəricidə rekord Madaqaskar çempionatında qeydə alınıb. 2002-ci ildə “Olimpik L`Emirn” klubu bir tur əvvəlki oyunda qapılarına təyin olunan haqsız penaltiyə etiraz əlaməti olaraq, “Adem”lə qarşılaşmada öz qapılarını “atəşə tutmuşdu”. “Olimpik”in futbolçuları 90 dəqiqə ərzində 149 dəfə “fərqlənə bilmişdi”.

Pərviz Hikmət

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>