“Qarabağ” daha bir final oynayacaq - FOTO
Bizi izləyin

İdman

“Qarabağ” daha bir final oynayacaq - FOTO

Avstriyada "Qarabağ" (Vyana "Karabakh") adlı klubun yaradıldığı haqda hələ xeyli müddət əvvəl xəbər vermişdik.

Publika.az xəbər verir ki, 2014-cü ildə yaradılan, fəaliyyətinə Avstriyanın 5-ci liqasında çıxış etməklə başlayan "Qarabağ" gələn ay final matçına çıxacaq.

İyunun 7-də Vyana "Toto" kubokunun finalında "Qarabağ" "SV Gersthofer"lə üz-üzə gələcək. Oyun Avstriya millisinin ev oyunlarını keçirdiyi “Ernst Happel” stadionunda keçiriləcək.

Avstriya klubunun Ağdamı təmsil edən adaşı - "Qarabağ" dünən Azərbaycan kubokunun finalında "Neftçi"ni məğlub edib (1:0).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm