• USD 1,7000 0,00% EUR 1,9995 0,00%
    • GBP 2,2935 0,00% RUB 0,0287 0,00%

"Shamkir Chess" superturniri başladı

  • İdman
  • 26 May 2016 16:34
  • 457 Baxış
"Shamkir Chess" superturniri başladı

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess" superturniri başlayıb.

Publika.az xəbər verir ki, 10 şahmatçının qatıldığı yarışda birinci turun ilk gedişini Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov edib.

O, gediş üçün seçimini Dünya Kubokunun qalibi və dünya çempionu adına namizəd Sergey Karyakinlə (Rusiya) ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov üzərində edib.

Digər görüşlərdə Eltac Səfərli Pavel Elyanov (Ukrayna), Fabiano Karuana (ABŞ) Pentala Harikrişna (Hindistan), Rauf Məmmədov Aniş Giri (Hollandiya), Teymur Rəcəbov isə Hou Yifan (Çin) ilə üz-üzə gələcək.

Qeyd edək ki, dairəvi sistemlə keçirilən "Shamkir Chess" superturnirinin qalibi 9 turluq mübarizənin yekunu olaraq iyunun 4-də müəyyənləşəcək.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>