Nazirdən açıqlama: “Formula 1-ə görə işçi qrupu yaradılıb”
Bizi izləyin

İdman

Nazirdən açıqlama: “Formula 1-ə görə işçi qrupu yaradılıb”

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakıda keçiriləcək Formula 1 Avropa qran-prisində telekommunikasiya xidmətlərinin fasiləsiz işini təmin etmək üçün işçi qrupu yaradıb".

Publika.az xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "The Business Year" jurnalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Formula 1 yarışlarında mobil rabitə xidmətləri, məlumatın ötürülüməsi və digər xidmətlərin davamlılığı təmin ediləcək.

Yarışlar həmçinin internet və "Azerspace-1" telekommunikasiya peyki vasitəsiylə yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm