Azərbaycan çempionatının oyunu əvvəlcədən razılaşdırılıb? – Bukmekerlər imtina etdi
Bizi izləyin

İdman

Azərbaycan çempionatının oyunu əvvəlcədən razılaşdırılıb? – Bukmekerlər imtina etdi

Azərbaycan çempionatının oyunu əvvəlcədən razılaşdırılıb? – Bukmekerlər imtina etdi

“Simurq”la “İnter” arasında keçirilən qarşılaşmalar həmişə söz-söhbətə səbəb olur.

Eyni mənbədən maliyyələşən, Azərbaycan futbolunun “qardaşları” adlandırılan bu komandaların oyunlarının danışılmış xarakterdə olduğu iddia olunur.

Təsadüfi deyil ki, bukmeker kontorları adətən bu komandaların qarşılaşmalarına pul qoyluşu qəbul etmirlər. Publika.az xəbər verir ki, aprelin 6-da keçiriləcək qarşılaşma da istisna deyil.

Belə ki, Azərbycan çempionatının oyunlarına əmsalları açıqlayan məşhur “gamebookers” kontoru “Simurq”-“İner” qarşılaşmasını siyahıdan çıxardıb. Bu da onu deməyə əsas verir ki, kontorlar bu komandaların oyununun yenə də əvvəlcədən razılaşdırıldığından şübhələniblər.

Çempionatın qalan dörd görüşünə “gamebookers”in açıqladığı əmsalları təqdim edirik.

Rəvan – Sumqayıt 1.80 3.40 3.80

AZAL – Qarabağ 6.50 4.50 1.36

Xəzər L. – Qəbələ 2.00 3.30 3.25

Neftçi – Bakı 2.20 3.00 3.10

Oxumağa davam et
Reklam
Reklam

Gündəm