“Neftçi”nin sabiq futbolçusu Portuqaliya klubunda - FOTO
Bizi izləyin

İdman

“Neftçi”nin sabiq futbolçusu Portuqaliya klubunda - FOTO

“Neftçi”nin keçmiş futbolçusu Kaue da Silvanın yeni klubunun adına aydınlıq gəlib.

Publika.az xəbər verir ki, braziliyalı müdafiəçi Portuqaliyanın yüksək liqasında çıxış edən “Moreyrense” ilə müqavilə bağlayıb. Bu barədə futbolçu özü sosial şəbəkədə yazıb və fotosunu paylaşıb:

“Yeni mövsüm üçün yeni ekskursiya! Mən o şəhərə qayıtdım ki, burda özümü evdəki kimi hiss edirəm. Portuqaliya... “Moreyrense”nin bir hissəsi olmağıma çox şadam”.

Kaue “Neftçi”dən qışda ayrılmışdı. O, “ağ-qaralar”ın heyətində 2014-cü ildən çıxış edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm