Komada olan əfsanədən yeni xəbər
Bizi izləyin

İdman

Komada olan əfsanədən yeni xəbər

Komada olan əfsanədən yeni xəbər

Formula-1 əfsanəsi Mixael Şumaxer özünə gəlir. Publika.az xəbər verir ki, bu barədə məlumatı Şumaxerin meneceri Sabina Kem verib.

Sabina bildirib ki, Şumaxer tədricən bərpa olunur: “O, artıq yavaş-yavaş reaksiya göstərir. Bu müddət ərzində biz Qrenobl həkimləri ilə birgə onun yanında olduq. Hazırda bu tempi saxlamağa çalışırıq.

İndiyə qədər Şumaxerə dəstək verən hər kəsə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, dolğun məlumat vermədiyimizə görə bizi anlayışla qarşılayacaqsınız.

Bunu Şumaxerin və ailəsinin şəxsi həyatını qorumaq, həkimlərin təzyiq altında çalışmasının qarşısını almaq üçün etdik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm