Cüdoçumuz “World Masters”də bürünc qazandı
Bizi izləyin

İdman

Cüdoçumuz “World Masters”də bürünc qazandı

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turniri davam edir.

Publika.az xəbər verir ki, turnirin 2-ci günü də Azərbaycan millisi üçün uğurlu olub. Rüstəm Orucov (73 kq) hesabına daha bir medal yazdırıb.

O, ilk olaraq Birləşmiş Ərəb Əmirlikləri cüdoçusu Viktor Skvortovu, sonra belçikalı Dirk van Tileti məğlub edib. Lakin yarımfinalda Yaponiya təmsilçisi Soiçi Haşimotoya uduzub. İdmançımız bürünc medal uğrunda mübarizədə koreyalı Çangrim An ilə qarşılamalı idi. Lakin rəqibi tamami üzərinə çıxmayıb və Rüstəm Orucov bürünc medala sahib olub.

Xatırladaq ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb. Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm