Pele acından ölür? - Bütün mükafatlarını hərraca çıxaracaq
Bizi izləyin

İdman

Pele acından ölür? - Bütün mükafatlarını hərraca çıxaracaq

Ötənlərin məşhur futbolçusu Pele bütün mükafat və xatirə hədiyyələrini hərraca qoyacaq.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Braziliya millisinin sabiq hücumçusu əşyalarını iyunda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək üçgünlük hərraca çıxarmaq niyyətindədir.

75 yaşlı futbol ulduzu dünya çempionatının 3 qızıl medalı, eləcə də 1000-ci qolu vurduğu topla vidalaşmaq niyyətindədir. Medalların hər biri 141 min funt sterlinq, top isə 28-42 min funt sterlinq dəyərindədir.

Qeyd edək ki, Pele 1958, 1962 və 1970-ci il dünya çempionatlarının qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm