Türkiyədən yeni rekord
Bizi izləyin

İdman

Türkiyədən yeni rekord

Türkiyə tarixində ilk dəfə olimpiadada ən çox idman növü ilə təmsil olunacaq.

Publika.az xəbər verir ki, qonşu ölkə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 18 idman növündə iştirakı təmin edib.

Bunlar atletika (29), güləş (14), boks (5), atıcılıq (4), ağırlıq qaldırma (4), yelkən idmanı (4), cüdo (4), velosiped idmanı (2), taekvondo (2), üzgüçülük (2), gimnastika (2), stolüstü tennis (2), akademik avarçəkmə (2), kamandan oxatma (2), atçılıq (1), kanoe (1), qılıncoynatma (1) və badminton (1) növləridir.

Üstəlik, Türkiyənin basketbol üzrə qadın və kişilərdən ibarət yığma komandasının iyun-iyulda keçiriləcək yarışlarda lisenziya qazanacağı və "Roland Garros" turnirindən sonra açıqlanacaq siyahıda tennisçi Çağla Büyükakçayın yer alacağı təqdirdə bu rəqəm 20 olacaq.

Qeyd edək ki, Türkiyədə ən yüksək göstərici "London-2012"də qeydə alınıb. Həmin olimpiadada "Ay-ulduzlular" 16 idman növündə qüvvəsini sınayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm