• USD 1,7008 0,00% EUR 2,0035 +0,31%
    • GBP 2,1952 +0,27% RUB 0,0286 +0,70%

AÇ-2016: Ən bahalı komanda İspaniya, ən bahalı futbolçu Ronaldodur

  • İdman
  • 31 May 2016 15:36
  • 349 Baxış
AÇ-2016: Ən bahalı komanda İspaniya, ən bahalı futbolçu Ronaldodur

"Blumberq" agentliyi gələn ay start götürəcək AÇ-2016-nın ən bahalı və ən ucuz millilərini, həmçinin futbolçularını açıqlayıb.

Publika.az xəbər verir ki, agentlik bu siyahını yığmaların AÇ-2016 üçün açıqladığı 23 nəfərlik heyət əsasında tərtib edib. Siyahıya əsasən, Fransada təşkil ediləcək qitə birinciliyinin ən bahalı millisi İspaniya yığmasıdır. Agentlik ispanların 23 nəfərlik heyətini 736 milyon dollar məbləğində qiymətləndirib. İkinci pillədə Almaniya (663 milyon), üçüncü sırada isə meydan sahibi Fransa yığması (551 milyon) qərarlaşıb.

İlk onluqda bu millilərdən əlavə, Belçika, İngiltərə, İtaliya, Portuqaliya, Xorvatiya, Polşa və Türkiyə yığmaları da yer alıb. Agentliyin siyahısına əsasən, qitə birinciliyinin ən ucuz heyəti Macarıstan yığmasındadır - 31 milyon dollar.

Ən bahalı millilərlə yanaşı, AÇ-2016-nın ən bahalı futbolçularının da siyahısı açıqlanıb. Siyahıya "Real"ın və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo (116 milyon dollar) başçılıq edir. Portuqal ulduzdan sonrakı pillələrdə Almaniya millisinin üzvü Tomas Müller (79 milyon), Belçika yığmasının yarımmüdafiəçisi Eden Hazard və Polşa millisinin hücumçusu Robert Levandovski (74 milyon) qərarlaşıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR