• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycan Avropada 2-ci oldu

  • İdman
  • 5 Aprel 2014 10:45
  • 683 Baxış
Azərbaycan Avropada 2-ci oldu

Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Publika.az xəbər verir ki, sərbəst güləş üzrə yığma komandamızın üzvləri çempionatı 2 qızıl və 2 gümüş medalla tamamlayıb.

Qızıl medalları yığmamıza Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qazandırıb. Cəbrayıl Həsənov (74 kq) və Xetaq Qazyumov (97 kq) isə gümüş medala sahib olub. Ümumilikdə, 47 xal toplayan sərbəst güləş yığmamız komanda hesabında Avropa çempionatını ikinci sırada tamamlayıb. İlk sırada 68 xalla Rusiya, üçüncü yerdə isə 40 xalla Türkiyə yığmaları qərarlaşıb.

Qadın güləşi üzrə yığma komandamız isə çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub. Qızıl medalı yığmamıza Mariya Stadnik (48 kq), gümüş medalı isə İrina Netreba (58 kq) qazandırıb. Ümumilikdə, 29 xal toplayan qadın güləşçilərimiz komanda hesabında 6-cı sırada qərarlaşıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR