İdman
Avropa çempionatının rəsmi saytı və videoçarxı təqdim edilib
Bu gün Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa
çempionatının rəsmi saytı (http: //baku2014.agf.az/application/) və
yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxı
təqdim edilib.
Tqdimat mərasimində Azərbaycan Gimnastika Federasiyasının (AGF)
vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika
Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki komitəsinin
rəhbəri Hayde Bruneder, AGF-nin baş katibi, Avropa Gimnastika
İttifaqının vitse-prezidenti Fərid Qayıbov, bədii gimnastika üzrə
Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva, Avropa
çempionatının marketinq üzrə direktoru Səbri Gülmalıyev və
beynəlxalq dərəcəli arbitr, Avropa çempionatının direktoru Natalya
Bulanova iştirak ediblər.
S.Gülmalıyev deyib ki, aprelin 20-dən etibarən çempionata biletlər
satışa buraxılacaq və eyni zamanda onlayn formada da bilet almaq
mümkün olacaq.
Onun sözlərinə görə, çempionatın saytı üç dildə - Azərbaycan,
ingilis və rus dillərində fəaliyyət göstərir.
Qeyd edək ki, Bakıda iyunun 13-15-də bədii gimnastika üzrə Avropa
çempionatı keçiriləcək. /Trend/
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!