"XL"i Mbilla güldürdü, "Qarabağ" qələbəyə "davam" dedi
Bizi izləyin

İdman

"XL"i Mbilla güldürdü, "Qarabağ" qələbəyə "davam" dedi

Bu gün Azərbaycan Premyer Liqasında XXIX turun oyunlarına start verilib. İlk oyun günündə 3 qarşılaşma baş tutub.

Bu gün Azərbaycan Premyer Liqasında XXIX turun oyunlarına start verilib. İlk oyun günündə 3 qarşılaşma baş tutub.

Lider "Qarabağ" AZAL-ın qonağı olub. 2014-cü ilin ən uğurlu kollektivi olan "Qarabağ" növbəti qələbəsini qazanıb - 2:0. Hesabı 23-cü dəqiqədə Muarem Muaremin ötürməsindən sonra Premyer Liqanın bombardiri Reynaldo Silva açıb. 59-cu dəqiqədə isə "Qarabağ"ın digər braziliyalısı Riçard Almeyda fərqlənib.

"Bayıl Arena"da autsayderlərin qarşılaşması baş tutub və "Rəvan" "Sumqayıt"ı qəbul edib. AFFA İcraiyyə Komitəsinin Premyer Liqa iştirakçılarının sayının artırılması ilə bağlı qərarından sonra hər kəs arxayınlaşmış və elitadakı yerlərinin təmin olunacağını düşürüdü. Lakin Rövnəq Abdullayevin son açıqlaması turnir cədvəlinin zirzəmisindəkiləri narahat etmiş və hər ikisi meydana 3 xal üçün çıxmışdı. Hesabı 25-ci dəqiqədə qonaqlardan Məhəmməd Qurbanov açıb. 70-ci dəqiqədə isə Tyaqo Mirasema bərabərliyi təmin edib. Bundan sonra oyunda qol olmayıb və tərəflər meydandan 1 xalla ayrılıb - 1:1.

Şənbə günün son matçında "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edib. Bu qarşılaşma hər iki tərəf üçün böyük önəm daşıyırdı. Çünki həm Lənkəran, həm də Qəbələ təmsilçisi son dövrlər uğursuz çıxış edir. Mustafa Dənizlinin komandası son iki turda xala həsrət qalmışdı. "Qəbələ" artıq 6 oyundu qələbə qazana bilmir. Matçın taleyini bir qol həll edib. 71-ci dəqiqədə Zohair Banouahinin ötürməsini qola çevirən Mbilla Etame "Xəzər Lənkəran"a qələbə qazandırıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. "Neftçi" "Bakı"nı, "Simurq" "İnter"i qəbul edəcək.

Premyer Liqa

2013/14 mövsümü

IV dövrə, XXIX tur

5 aprel

AZAL - Qarabağ 0:2

Qollar: Reynaldo Silva, 23. Riçard Almeyda, 59.

AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 7. Cavid Tağıyev, 10. Con Oluremi, 17. Viktor İbekoyi, 18. Samuel Barlay, 15. Oskar Klava, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze, 89. Nedo Turkoviç.

Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 4. Aylton, 5. Murad Ağayev, 19. Orxan Səfiyaroğlu, 20. Branislav Arsenyeviç, 22. Axtam Xamroqulov, 26. Kərim Diniyev.

Baş məşqçi: Tərlan Əhmədov.

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 41. Leroy Corc, 99. Nikolas Gelaşvili.

Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Murad Məmmədov.

"AZAL Arena". Saat 17.00.

Rəvan - Sumqayıt 1:1

Qollar: Tyaqo Mirasema, 70 - Məhəmməd Qurbanov, 25.

Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 8. Julio Sezar, 16. Orxan Lalayev, 15. Dmitri Kruqlov, 18. Oke Akpoveta, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev, 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek.

Ehtiyat oyunçular: 1. Lukaş Sapela, 7. Elvin Həsənəliyev, 10. Tyaqo Mirasema, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 40. Mişel Balokoq.

Baş məşqçi: Güvənc Kurtar.

Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 11. Ruslan Nəsirli, 18. Aleksandr Çertoqanov, 77. Ramil Mansurov.

Baş məşqçi: Aqil Məmmədov.

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov.

AFFA nümayəndəsi: Eldar Qasımov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

"Bayıl Arena". Saat 17.00.

Xəzər Lənkəran - Qəbələ 1:0

Qol: Mbilla Etame, 71.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Deyan Blajevski, 10. Elnur Abdullayev, 11. Zohair Banouahi, 14. Rahid Əmirquliyev (k), 20. Mbilla Etame, 23. Nikola Qliqorov.

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 9. Orxan Əliyev, 12. Junior Nildo, 22. Deyvid Sakkoni, 30. Elias, 55. Ağabala Ramazanov.

Baş məşqçi: Mustafa Dənizli.

Qəbələ: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva, 44. Rafael Santos.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 8. Nizami Hacıyev, 17. Nuran Qurbanov, 19. Abdulvahid Afolabi, 46. Davronjon Erqaşev.

Baş məşqçi: Yuri Syomin.

Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.

AFFA nümayəndəsi: Abbas Hüseynov.

Hakim-inspektor: Əli Hüseynov.

"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 18.00.

1

Qarabağ

29

19

7

3

55-14

64

2

Neftçi

28

15

6

7

41-33

51

3

İnter

28

14

6

8

44-31

48

4

Bakı

28

14

6

8

45-30

48

5

Qəbələ

29

13

5

11

37-32

44

6

Simurq

28

10

9

9

31-22

39

7

Xəzər L

29

9

10

10

29-39

37

8

AZAL

29

6

8

15

27-44

26

9

Rəvan

29

3

9

17

16-50

18

10

Sumqayıt

29

3

8

18

19-49

17

Bombardirlər: Reynaldo Silva (Qarabağ) - 18. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Mbilla Etame (Xəzər Lənkəran), Draqan Çeran (Simurq) - 9. Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Baçana Tsxadadze (İnter) - 8.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm