• USD 1,7025 0,00% EUR 1,8495 -0,38%
    • GBP 2,1978 +0,31% RUB 0,0299 0,00%

Anelka Ronaldinyonun yanında

  • İdman
  • 7 Aprel 2014 14:59
  • 581 Baxış
Anelka Ronaldinyonun yanında

Fransa futbolunun məşhur ulduzu Nikolya Anelkanın karyerasını Braziliyada davam etdirə biləcəyi ilə bağlı məlumat vermişdik.

Publika.az xəbər verir ki, artıq bu məlumat öz təsdiqini tapıb. Təcrübəli forvard bu ölkənin "Atletiko Mineyro" klubu ilə münasibətlərini rəsmiləşdirib. Bu barədə klub prezidenti Aleşandre Kalil məlumat verib.

Qeyd edək ki, 35 yaşlı hücumçu Braziliya təmsilçisi ilə azad agent kimi müqavilə bağladığından onun keçidi komandaya havayı başa gəlib.

Anelkanın sonuncu iş yeri "Vest Bromviç" olmuşdu. O, "Vest Hem"lə oyunda qolu “faşist salamı” jesti ilə bayram etdiyinə görə 5 oyunluq cəzalandırılmış, daha sonra tərəflər arasındakı müqavilə qarşılıqlı şəkildə pozulmuşdu.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR