VƏHŞİLİK – Maşınının aynalarını qırıb, həyat yoldaşının yanında təhqir etdilər - FOTOLAR
Bizi izləyin

İdman

VƏHŞİLİK – Maşınının aynalarını qırıb, həyat yoldaşının yanında təhqir etdilər - FOTOLAR

VƏHŞİLİK – Maşınının aynalarını qırıb, həyat yoldaşının yanında təhqir etdilər - FOTOLAR

"Qalatasaray"ın "Fənərbaxça"nı 1:0 məğlub etdiyi matçda xoşagəlməz olay baş verib.

"Fənərbaxça"lı futbolçuları "Türk Telekom Arena"ya yola salmaq üçün gözləyən tərəfdarlar, maşınında "Qalatasaray" şərfi olan bir adama hücum edib.

Publika.Az xəbər verir ki, maşınlarında "Qalatasaray" şərfi olan bir cütlük "Fənərbaxça"lı tərəftar kütləsi arasından keçərkən "sarı - göylülər maşını dayandırıb, onlara qarşı etik olmayan hərəkətlər ediblər.

Son sürətlə kütlənin arasında çıxan sürücü bir müddət sonra geri qayıdır, amma tərs istiqamətdən gəlib tərəfdarın üzərinə avtomobili sürən zaman "Fənərbaxça"lılar daha da qızışır.

Maşını dayandıran "Fənərbaxça"lılar, şüşələri qırıb avtomobilə hücum edir.

Yüzlərlə tərəfdar kütləsinin arasında qalan "Qalatasaray"lı sürücünün yanındakı oturacaqda oturan qadının halı pisləşir. Maşına isə böyük ziyan dəyir.

Bu vəhşilikdən Serkan Okumuşun həyat yoldaşı və özü gecəni xəstəxanada geçirmişdilər. Lakin “Aslanlar”ın prezidenti Ünal Aysal hadisəyə biganə qalmayıb. Prezident azarkeşə dəyən bütün ziyanın klub tərəfindən ödəniləcəyini bildirib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm