Futbol meydanında daha bir ölüm
Bizi izləyin

İdman

Futbol meydanında daha bir ölüm

Futbol meydanında daha bir ölüm

Futbol dünyası yaşıl meydanlarda daha bir ölümlə sarsılıb.

Publika.az xəbər verir ki, İspaniya Sequndasında çıxış edən “Ontenyente”nin yeniyetmələrdən ibarət komandasının futbolçusu Oskar Martines oyun zamanı dünyasını dəyişib.

17 yaşlı oyunçu “Kastelyo” ilə matçın 20-ci dəqiqəsində huşunu itirib. Həkimlərin səylərinə baxmayaraq, Martines ayılmayıb.

“Ontenyente” rəhbərliyi “Lyeida” ilə növbəti matçı təxirə salmaq üçün İspaniya Futbol Federasiyasına müraciət etsə də, rədd cavabı alıb. Bununla belə, oyunçular görüşə matəm sarğıları ilə çıxıblar.

Qeyd edək ki, bu, futbolda rəsmi oyunlar keçirilməyə başlayandan bəri meydanda və ya xəstəxanada baş vermiş 63-cü futbolçu ölümü olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm