“Təki həyatım rəvan olsun” – İttiham
Bizi izləyin

İdman

“Təki həyatım rəvan olsun” – İttiham

“Təki həyatım rəvan olsun” – İttiham

"Rəvan"da yeni təyinat gerçəkləşib. Publika.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov istefa verib. Onu Şamo Quliyev əvəzləyib.

"Rəvan"dan ayrılan Elvin Yaqubov "Facebook" səhifəsində gedişinin səbəbini belə izah edib: "Mən mənimlə işləmək istəməyən, işimi dəyərləndirməyən, mən işləyə-işləyə arxamdan işçi axtaran rəhbərliklə işləyə bilmərəm! Karyeramın "Rəvan" səhifəsi başa çatdı.

Orda işlədiyim müddətdə mənə miqdarından, ölçüsündən, həcmindən asılı olmayaraq, dəstək olan, yardım edən hər bir kəsə təşəkkür edirəm. Haqlarını halal etsinlər. Təki həyatım rəvan olsun!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm