Blatter qocalığı boynuna almır
Bizi izləyin

İdman

Blatter qocalığı boynuna almır

FİFA prezidenti Yozef Blatter 77 yaşında olmasına baxmayaraq, hələ də bu vəzifədə inamla çalışa biləcəyini iddia edib.

FİFA prezidenti Yozef Blatter 77 yaşında olmasına baxmayaraq, hələ də bu vəzifədə inamla çalışa biləcəyini iddia edib.

Publika.az xəbər verir ki, artıq 16 ildi ki, ali futbol qurumuna rəhbərlik edən isveçrəli mütəxəssis 2015-ci ildə keçiriləcək seçkiyə qatılacağını isitsna etməyib.

Blatter son açıqlamasında iyunda bu haqda qərar verəcəyini deyib: "Hər zaman söylədiyimi bir daha təkrarlayıram. Hələlik bu işdən yorulmamışam. Ancaq yenə də son qərarımı iyunda verəcəm".

Blatterin namizədliyini irəli sürməyəcəyi təqdirdə, yeni prezidentin Mişel Platini olacağı iddia edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm