• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İdmançı əməliyyat olunmaq üçün Bakını yox Almaniyanı seçdi

  • İdman
  • 8 Aprel 2014 16:47
  • 1 073 Baxış
İdmançı əməliyyat olunmaq üçün Bakını yox Almaniyanı seçdi

Azərbaycan Premyer Liqasının 30-cu turunda "Neftçi" ilə qarşılaşacaq "İnter" bu matçın hazırlığına start verib.

Publika.Az xəbər verir ki, “Bankirlər" bu gündən hazırlıqlara başlayıb.

Baş məşqçi Kaxaber Sxadadze paytaxt derbisində yalnız bir futbolçunun köməyindən istifadə edə bilməyəcək.

"Neftçi" ilə kubokun 1/4 final mərhələsindəki qarşılaşma zamanı dizindən zədə alan Sezar Meza Kolli bu dəfə komandasına kömək edə bilməyəcək.

Hazırda futbolçu Almaniyadadır və əməliyyat olunacağı günü gözləyir.

Qeyd edək ki, "İnter" - "Neftçi" qarşılaşması aprelin 12-də baş tutacaq.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR