• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Neftçi” ermənilərlə oyundan əvvəl hakimi necə hədələyib? – “Gecə saat bir olardı”

  • İdman
  • 9 Aprel 2014 11:31
  • 612 Baxış
“Neftçi” ermənilərlə oyundan əvvəl hakimi necə hədələyib? – “Gecə saat bir olardı”

2005-ci ildə Moskvada keçirilən “Birlik kuboku”nda “Neftçi”nin Ermənistanın “Pünik” komandasına qalib gəlməsi (2:0) hələ də yaddaşlardadı.

Publika.az xəbər verir ki, bu tarixi qarşılaşmanın pərdəarxası məqamları açıqlanıb. Hazırda Peşəkar Futbol Liqasının prezidenti olan, o vaxtlar “Neftçi”də vitse-prezident vəzifəsində çalışan Ramin Musayev qarşılaşma ilə bağlı “Futbol+” qəzetinə verdiyi müsahibədə maraqlı faktlar açıqlayıb.

Sən demə, Musayev oyundan əvvəl qarşılaşmanı idarə edəcək hakimin evinə gedərək ona hədə-qorxu gəlib: “Həmin günün bir tarixi var. Bizim əlimizdə olan əsasa görə, həmin gün “Pünik” nümayəndələri hakimi maddi təkliflə şirnikləndirmişdi.

Biz də bu məlumatı alan kimi, sağ olsun, bizim bir futbol adamı, onunla birgə hakimin evinə getdik. Gecə saat bir və ya ikinin yarsı olardı. Onunla söhbət etdik ki, biz sizdən heç nə istəmirik, nə var, onu idarə et.

Nə onlara tərəf, nə bizə tərəf. Haqsızlıq etsən bunu görəcəksən. Orda “oyuncaq” bir şey var idi, onu göstərdik. Ədalətli idarə etsən, bunu verərik sənə, çay içərsən. Hakim də ədalətli idarəçiliyi ilə yadda qaldı”.

Publika.az-ın əldə etdiyi məlumata görə, Ramin Musayev hakimə tapança formasında olan alışqan və üzərində dolar şəkli olan “brelok” göstərib, ikisindən birini seçməyi təklif edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR