Qvardiola Runiyə görə mərcə girdi
Bizi izləyin

İdman

Qvardiola Runiyə görə mərcə girdi

Qvardiola Runiyə görə mərcə girdi

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, "Mançester Yunayted"nin hücumçusu Ueyn Runinin bu axşam Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında Münhen klubuna qarşı oynayıb-oynamayacağı hələ də sual altındadı.

Qvardiola ingilis hücumçunun bu axşam meydana çıxacağına əmindi.

O, mətbuat konfransında Runinin meydana çıxacağı ilə bağlı jurnalistlərlə mərcə də girib: "Yüz faiz əminəm ki, Runi meydana çıxacaq.

Sizinlə bununla bağlı pivədən mərc də gələ bilərəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm