İdman
Daha bir azərbaycanlı idmançının bahalı avtomobili olay yaratdı - FOTOLAR
“Facebook” və “instagram”ın aktiv üzvlərindən olan dünyanın ən titullu idmançısı Eduard Məmmədov social şəbəkələrdə maraqlı şəkillərini paylaşıb. Məmmədov “Gelandevagen” markalı avtomobilinin fotosunu hər iki sosial şəbəkədə yerləşdirib.
Deyilənə görə 250 minlik qiyməti olan “Galendevagen G63” markalı avtomobilin seriya nömrəsi də diqqət çəkib. Belə ki, 5 min manatlıq nömrədəki hərflər idmançının adı və soyadının baş hərfləridir - “90 EM 999” .
Qeyd edək ki, bunlar internet saytlarda yazılmış qiymətdir.
İdmançının özündən maşınla və göstərilən qiymətlərlə bağlı məlumat almaq istədik. Lakin 17 qat dünya çempionu avtomobili və onun qiyməti ilə bağlı danışmaq istəmədiyini bildirdi.
Onu da bildirək ki, peşəkar idmançı şəkillərdən sonra daha bir rəy yazaraq “Bu maşını alanda, heç bilməzdim ki, belə diqqət mərkəzində olacam” deyə bildirib.
Xatırladaq ki, olimpiya çempionu Elnur Məmmədli də təxminən qiyməti 200min olan "Porsche Cayenne" markalı avtomobili ilə çəkdirdiyi şəkilini sosial şəbəkədə paylaşaraq medianın gündəminə düşmüşdü.
Amma görünən odur ki, hər iki idmançının bu cür xəbər olunması heç də ürəyincə olmayıb.
Elnur Məmmədli mətbuata açıqlamasında belə demişdi:
“Olimpiya çempionuyam, "07” sürəsi deyiləm ki... Şükür Allaha, imkanımız, gücümüz çatır ki, o maşını alıb, sürürəm. Qonaqlarım gəlir, bunları da nəzərə almaq lazımdır”
Eduard Məmmədov da şəkillərin xəbər olunmasına sosial şəbəkə vasitəsi ilə belə açıqlama gətirib: “Bəzi media işçilərin ishi gücü yoxdur”.
Aygün İlqarqızı
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı