İdman
Bu ölkə Olimpiadadan kənarlaşdırıldı - SƏRT QƏRAR
Küveyt yığması 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
"Report"un "New Straits Times"ə istinadən verdiyi məlumata görə, İsveçrənin Vaadt kantonunun (vilayəti) məhkəməsi Küveytin Beynəlxalq Olimpiya Komitəsinə (İOC) qarşı iddiasını təmin etməyib.
İOC ərəb ölkəsini idmana siyasi müdaxilə səbəbindən olimpiadadan kənarlaşdırıb. İdmançılar Küveytin yox, beynəlxalq idman federasiyaları icazə verəcəkləri təqdirdə, neytral bayraq altında çıxış edə bilərlər.
Ərəblər İOC-dan komandanın olimpiadaya bərpası və mənəvi ziyanın qarşılığı olaraq, 886 milyon dollar ödəməsini tələb ediblər. Lakin məhkəmə buna rədd cavabı verib. İndi Küveytin 30 gün ərzində daha yuxarı instansiyaya şikayət etmə hüququ var.
Qeyd edək ki, "Rio-2016" avqustun 5-də start götürəcək.
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi