İdman
"Qəbələ" və “Qarabağ”-ın rəqibləri bəlli oldu (YENİLƏNİB)
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Publika.az bildirir ki, püşkün nəticəsinə
əsasən, qrup mərhələsi üçün mübarizə aparan komandalarımız -
“Qarabağ” və “Qəbələ”nin də rəqibləri bəlli olub.
“Qarabağ”ın İsveçin "Göteborq", "Qəbələ” isə Sloveniyanın "Maribor"
komandası ilə qarşılaşacaq. Hər iki komandamız ilk oyunu səfərdə
keçirəcək.
"Pley-off"un ilk matçı avqustun 18-i, cavab görüşü avqustun 25-də keçiriləcək.
***
Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi başlayıb.
Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir hələ ki, rəsmi şəxslərin çıxışı ilə davam etdirilir.
"Göteborq" (İsveç) - "Qarabağ"
***
"Maribor" (Sloveniya) - "Qəbələ"
***
13:52
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü
atılacaq.
Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində
keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qrup mərhələsi üçün mübarizə aparan komandalarımız - “Qarabağ” və
“Qəbələ”nin də rəqibləri bəlli olacaq.
“Qarabağ”ın səpələnmişlər, “Qəbələ”nin isə səpələnməmişlər qrupunda
yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası
nisbətən zəif, Roman Qriqorçukun komandası isə güclü rəqiblərlə
qarşılaşacaq.
***
10:52
Artıq "Qarabağ" və "Qəbələ"nin 6 potensial rəqibi bəlli olub.
UEFA-nın saytı xəbər verir ki, potensial rəqibləri aşağıda adları
qeyd olunanlardır:
"Qarabağ"ın potensial rəqibləri:
"Şkendiya" (Makedoniya)
"Başakşehir" (Türkiyə)
"Göteborq" (İsveç)
"Srvena Zvezda" (Serbiya)
"Sanderjuske" (Danimarka)
"Hayduk" (Split, Xorvatiya)
"Qəbələ"nin potensial rəqibləri:
"Anderlext" (Belçika)
"Vest Hem" (İngiltərə)
"Krasnodar" (Rusiya)
"Maribor" (Sloveniya)
"Fənərbağça" (Türkiyə)
"Panatinaikos" (Yunanıstan)
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi