“Rio-2016”nın açılışında Gilin musiqilərindən istifadə olunacaq
Bizi izləyin

İdman

“Rio-2016”nın açılışında Gilin musiqilərindən istifadə olunacaq

Braziliyanın məşhur müğənnisi Gilberto Gil “Rio-2016” Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

Gitara ifaçısı olan G.Gil bir sıra məşhur mahnıların sözlərinin müəllifidir. Onun bəstələdiyi mahnı “Rio-2016”nın açılış videosunda səslənəcək. Maraqlı tarixçəsi olan mahnını müğənni 1969-cu ildə bəstələyib. Mübarizə ruhunda yazılan mahnıda həmin dövrdə Braziliyadakı hərbi diktatura rejimi tənqid olunur.

Sonradan siyasətlə də məşğul olan G.Gil 2003-2008-ci illərdə Braziliyanın mədəniyyət naziri vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm