Rio-2016: Braziliya qələbəyə həsrətdir
Bizi izləyin

İdman

Rio-2016: Braziliya qələbəyə həsrətdir

Rio Olimpiadasında kişi futbolçuların yarışında 2-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, meydan sahibləri Braziliya yığması 2-ci oyunda da qələbəyə həsrət qalıb. Braziliya İraq yığmasının müqavimətini qıra bilməyib - 0:0. Meydan sahibləri ilk oyunda CAR-la qolsuz bərabərliyə razılaşmışdı. Bu qrupun digər oyununda Danimarka Cənubi Afrikaya qalib gəlib - 1:0.

B qrupunda isə Nigeriya 2-ci qələbəsini qazanaraq, növbəti mərhələyə vəsiqəni təmin edib. Afrikalılar bu dəfə İsveçə qalib gəliblər - 1:0. Bu qrupun digər oyununda Yaponiya Kolumbiya ilə heç-heçə edib - 2:2.

D qrupunda keçirilən qarşılaşmada isə Argentina Əlcəzairdən üstün olub - 2:1.

2 turdan sonra Nigeriya və Portuqaliya milliləri 1/8 finala vəsiqəni təmin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm