"Barsa" diz çökdü, Münhendə gözlənilən oldu
Bizi izləyin

İdman

"Barsa" diz çökdü, Münhendə gözlənilən oldu

Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub. Avropanın iki şəhərində baş tutan oyunlarda yarımfinala çıxan iki komanda müəyyənləşib.

Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub. Avropanın iki şəhərində baş tutan oyunlarda yarımfinala çıxan iki komanda müəyyənləşib.

Qarşılaşmalardan biri Madriddə baş tutub və "Atletiko" "Barselona"nı qəbul edib. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatmışdı. "Visente Kalderon" stadionundakı cavab qarşılaşmasında isə "Atletiko" 1:0 hesablı qələbə qazanaraq yarımfinala çıxıb. Qarşılaşmanın yeganə qoluna 5-ci dəqiqədə Koke imza atıb. Bununla da "Barselona" son 6 ildə ilk dəfə yarımfinala çıxa bilməyib.

Günün digər matçında "Bavariya" "Mançester Yunayted"i qəbul edib. Bu komandalar arasındakı ilk görüşdə də qalib müəyyənləşməmişdi - 1:1. Münhendəki "Allianz Arena"da baş tutacaq caaab matçının ilk yarısı qolsuz bərabərliklə yekunlaşıb. Hesabı 57-ci dəqiqədə qonaq komandadan Patrik Evra açıb. Cəmi 2 dəqiqə sonra Mario Mandzukiç bərabərliyi təmin edib. 68-ci dəqiqədə Tomas Müller "Bavariya"nı hesabda önə keçirib. 76-cı dəqiqədə isə Aryen Robben matçın yekun hesabını müəyyənləşdirib - 3:1. Bununla da Çempionlar Liqasının son qalibi yarımfinala çıxıb.

Qeyd edək ki, yarımfinalın digər iki iştirakçısı bir gün əvvəl müəyyənləşib. "Real" "Borussiya"nı (3:0, 0:2), "Çelsi" isə PSJ-ni (1:3, 2:0) mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası

2013/14 mövsümü

1/4 final (cavab oyunları)

Atletiko (İspaniya) - Barselona (İspaniya) 1:0

Qol: Koke, 5.

Atletiko: Tibaut Kourtois, Dieqo Qodin, Filipe Luis, Xuanfran, Miranda, Tyaqo, Koke, Raul Qarsiya, Qabi Fernandes, Adrian Lopes (Dieqo Ribas, 62), David Vilya (Kristian Rodriges, 79).

Ehtiyat oyunçular: Daniel Aranzubia, Tobi Alderveyreld, Emiliano İnsua, Mario Suares, Jose Sosa.

Baş məşqçi: Dieqo Simeone.

Barselona: Jose Manuel Pinto, Xavyer Maskerano, Marc Bartra, Jordi Alba, Daniel Alveş, Kesk Fabreqas (Aleksis Sançes, 61), Xavi, Andres İnyesta (Pedro Rodriges, 73), Serxio Buskets, Lionel Messi, Neymar.

Ehtiyat oyunçular: Oyer Olazabal, Martin Montoya, Adriano, Aleks Sonq, Serji Roberto.

Baş məşqçi: Cerardo Martino.

Sarı vərəqələr: Koke, 90+1 - Serxio Buskets, 18. Xavyer Maskerano, 90+1. Daniel Alveş, 90+2.

Baş hakim: Hovard Uebb (İngiltərə).

Madrid. "Visente Kalderon" stadionu.

23.45 Bavariya (Almaniya) - Mançester Yunayted (İngiltərə) 3:1

Qollar: Mario Mandzukiç, 59. Tomas Müller, 68. Aryen Robben, 76 - Patrik Evra, 57.

Bavariya: Manuel Neuer, Dante, Jerome Boatenq, Filip Lam, Frank Riberi, Aryen Robben, Mario Götze (Rafinya, 65), Tomas Müller (Klaudio Pizarro, 84), David Alaba, Toni Kross, Mario Mandzukiç.

Ehtiyat oyunçular: Lukas Raeder, Daniel van Buyten, Mitçell Veyser, Pierre Hoybyerq, Patrik Veyhraux.

Baş məşqçi: Pep Qvardiola.

Mançester Yunayted: David de Gea, Patrik Evra, Pil Yones, Kris Smallinq, Nemanya Vidiç, Mixael Karrik, Darren Fletçer (Xavyer Hernandes, 74), Antonio Valensiya, Şinji Kaqava, Ueyn Runi, Danni Velbek (Adnan Canuzay, 81).

Ehtiyat oyunçular: Anders Lindeqaard, Rio Ferdinand, Aleksander Büttner, Rayan Giqqz, Eşli Yonq.

Baş məşqçi: David Moyes.

Sarı vərəqələr: Rafinya, 73 - Nemanya Vidiç, 28. Patrik Evra, 70.

Baş hakim: Yonas Eriksson (İsveç).

Münhen. "Allianz Arena" stadionu.

Bombardirlər: Kriştiano Ronaldo (Real) - 14. Zlatan İbrahimoviç (PSJ) - 10. Lionel Messi (Barselona) - 8. Dieqo Kosta (Atletiko) - 7. Serxio Aquero (Mançester Siti), Robert Levandovski (Borussiya Dortmund) - 6. Alvaro Neqredo (Mançester Siti), Arturo Vidal (Yuventus), Qaret Beyl (Real), Marko Reus (Borussiya Dortmund) - 5.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm