“Hətta məktəblilər də bunun yolunu bilir” – VİDEO
Bizi izləyin

İdman

“Hətta məktəblilər də bunun yolunu bilir” – VİDEO

“Hətta məktəblilər də bunun yolunu bilir” – VİDEO

“Həlledici məqamda futbolçularımızın səhv etməsi oyunun müqəddəratını həll etdi.

Buna baxmayaraq, mən yetirmələrimin çıxışından razı qaldım”. Publika.az xəbər verir ki, bu fikirləri “Mançester Yunayted”in baş məşqçisi Devid Moyes “Bavariya” ilə Çempionlar Liqasının 1/4 final qarşılaşmasından sonra deyib.

Moyes komandasının qol vurduqdan sonra dərhal da qol buraxmasının qəbuledilməz olduğunu bildirib: “Hətta məktəblilər də qol vurduqdan dərhal sonra qol buraxmamağın yolunu bilir.

Belə səhvlər etmək olmaz. Həlledici məqamda etdiyimiz cəhvlər bizə baha başa gəldi”.

Xatırladaq ki, “Bavariya” – “Mançester Yunayted” oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa satıb. İlk qarşılaşma 1:1 hesabı ilə nəticələnmişdi. Oyundan maraqlı anları təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm