İdman
ŞOK İDDİA: bu futbolçular mükafatlarını FETÖ-ya verdilər
2002-ci il futbol üzrə Dünya Çempionatında bəzi futbolçular aldıqları mükafatı FETÖ-ya (Fəthullahçı Terror Təşkilatı) verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə FETÖ-nün keçmiş “futbol imamı” Səid Alpsoy çıxış edib.
“2002-ci ildə dünya çempionatında Türkiyənin dünya üçüncüsü olduğu dövrdə mənim də koordinasiyam ilə milli komandadakı bu quruluşa mənsub futbolçular mükafatları topladılar. Əmrə Belözoğlu, Okan Buruq, Hakan Şükür, Hakan Ünsal və Arif Erdemin də aralarında olduğu futbolçular 250-500 min dolları topladılar. Bu pulu Arif Erdem Pensilvaniyaya apardı. Gülən ilk olaraq pulu almaq istəməyib, ancaq Arif pulu Cövdət Türkyoluna verib”, - o, deyib.
Onun sözlərinə görə, məşqçi Fateh Termin bir neçə dəfə Əmrəni yanına çağıraraq ondan fətullahçılarla əlaqəni kəsməsini istəyib.
Ömər Dağlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB