Braziliyanın futbol sevgisi şəkillərdə
Bizi izləyin

İdman

Braziliyanın futbol sevgisi şəkillərdə

Braziliyanın futbol sevgisi şəkillərdə

Hə, cəmisi 2 aydan sonra bütün dünyanın diqqəti Braziliyada olacaq. Braziliyada hər kəsin futbolla nəfəs aldığını xatırlatmaq belə yersizdi.

Bu oyunun vətəni İngiltərə olsa da, futbolu ilahi səviyyəyə qaldıran məhz braziliyalılar olub. Onların haqqı çatır. Haqqı çatır ki, Mundialı növbəti dəfə keçirtsinlər.

Bu ölkədə balaca-böyük, qadın-kişi, müəllim-keşiş, bir sözlə, hər kəs futbol oynayır. Futbol oynamır ey, futbolla nəfəs alır. Futbolu sevir və bütün dünyaya sevdirirlər.

Dünya çempionatı ərəfəsində təqdim etdiyimiz bu şəkillərə diqqətlə baxın. Baxın və braziliyalıların futbola necə sitayiş etdiyinə əmin olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm