Rio-2016: Məhəmmədrəsul Məcidov ikinci döyüşünə çıxır
Bizi izləyin

İdman

Rio-2016: Məhəmmədrəsul Məcidov ikinci döyüşünə çıxır

Braziliyada Yay Olimpiya Oyunları davam edir.

Publika.az xəbər verir ki, mötəbər yarışın IX günündə daha 3 Azərbaycan idmançısı çıxış edəcək.

Boks üzrə super ağır çəkidə (+91 kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov ikinci döyüşünə çıxacaq. O, 1/8 finalda qazaxıstanlı İvan Diçko ilə mübarizə aparacaq.

Güllə atıcımız Ruslan Lunyov isə 25 m məsafəyə hədəfi dəqiq nişan almaq üçün ikinci təsnifat mərhələsində çıxış edəcək.

Velosipedçimiz Olqa İsmayılova isə keyrində ilk yürüşünə çıxacaq.

Boks

1/8 final

02:45. Məhəmmədrəsul Məcidov (+91 kq) – İvan Diçko (Qazaxıstan)

Güllə atıcılığı

25 m, II təsnifat mərhələsi

16:00. Ruslan Lunyov

Velospied idmanı

Keyrin

I mərhələ

17:00. Olqa İsmayılova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm