Türkiyə Superkubokunun sahibi müəyyənləşdi - VİDEO/FOTOLAR
Bizi izləyin

İdman

Türkiyə Superkubokunun sahibi müəyyənləşdi - VİDEO/FOTOLAR

Türkiyə superkubokunun qalibi bəlli olub. Son Türkiyə çempionu "Beşiktaş" son ölkə kubokunun qalibi "Qalatasaray"la qarşılaşıb.

Publika.az xəbər verir ki, Konyada keçirilən oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda ilk sevinən komanda isə "Qalatasaray" olub. Hakan Balta oyunun 100-cü dəqiqəsində hesabı açıb.

"Qartal"ın "Aslanlar"a cavabı çox gecikməyib. Cəmi 7 dəqiqə sonra Çedju öz qapısını dəqiq nişan alıb - 1:1.

Oyun elə bu hesabla da başa çatıb. Penaltilər seriyasında isə "Qalatasaray"lılar daha dəqiq oynayıblar. "Cim-bom"un futbolçularının 3 dəqiq zərbəsinə "Qartallar" heç nə ilə cavab verə bilməyiblər. Beləliklə, Türkiyə superkubokunun yeni qalibi "Qalatasaray" olub.

Bu, "Aslanlar"ın sayca 5-ci superkubokudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm