Azərbycan millisi indiyə qədər olmadığı mövqedə
Bizi izləyin

İdman

Azərbycan millisi indiyə qədər olmadığı mövqedə

Azərbycan millisi indiyə qədər olmadığı mövqedə

FİFA futbol üzrə yığma komandaların növbəti reytinq siyahısını açıqlayıb. Publika.az xəbər verir ki, martın 13-dən sonra yığmaların iştirakı ilə az sayda oyun baş tutsa da, cədvəldə xeyli dəyişikliklər qeydə alınıb.

Bu dəyişikliklər ən çox Azərbaycan millisinin xeyrinə olub. Komandamız son 1 ayda heç bir matça çıxmasa belə, FİFA reytinqinin 20 illik tarixi ərzində özünün ən yüksək nöqtəsinə qalxıb. Belə ki, martın 13-də açıqlanan sıralamada 369 xalla 91-ci yerdə olan yığmamızın artıq 398 xalı var. Oynamadan qazanılan 29 xal yığmamızın 6 pillə irəliləməsinə səbəb olub. Hazırda 85-ci pillədə qərarlaşan Azərbaycan millisi indiyədək heç vaxt belə yüksəyə qalxmamışdı.

Mütləq rekorda imza atan komandamız bu günədək ən yaxşı halda 88-ci olmuşdu. Həmin nəticə 2013-cü ilin oktyabrına təsadüf etmişdi. Foqtsun yetirmələri 6 aydan sonra rekordlarını 3 pillə yaxşılaşdırdı. Millimiz ötən ayla müqayisədə Yeni Zelandiya, Toqo, Qabon, Konqo, Uqanda, Konqo DR yığmalarını keçib.

Millimizin AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərindən İtaliya 1115 xalla 9-cu, Xorvatiya 871 xalla 20-ci, Norveç 551 xalla 56-cı, Bolqarıstan 460 xalla 73-cü, Malta 204 xalla 127-cidir. Ötən ayla müqayisədə sonuncular 7, Norveç 1 pillə irəliləyibsə, digərləri geriləyib. İtaliyalılar 1, xorvatiyalılar 4, bolqarıstanlılar isə 6 pillə geri düşüb.

Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 17-ci pillə, 913 xal. Rusiya 18-ci (903 xal) pillədə qərarlaşıb. Ermənistan 33-cü (750 xal), Özbəkistan 53-cü (577 xal), Belarus 83-cü (404 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Estoniya (93; 366), Moldova (99; 325), Gürcüstan (103; 303), Litva (104; 293), Latviya (109; 273), Qazaxıstan (118; 235), Tacikistan (133; 188), Qırğızıstan (147; 143) və Türkmənistan (156; 119) isə millimizdən alt sıralarda qərarlaşıb.

Türkiyə 711 xalla 39-cudu.

Qarşıdakı yoldaşlıq görüşündəki rəqibimiz ABŞ isə 1015 xalla 13-cüdü. Azərbaycanla yanaşı, 122-ci pillədə qərarlaşmış Əfqanıstan FIFA reytinqində ən yüksək göstəricisinə imza atıb.

Ayın ən yaxşı komandası 15 pillə irəliləmiş Şotlandiya millisi olub. 22 pillə geriləmiş Liberiya millisi isə ayın ən pis göstəricisinə imza atıb.

İlk onluq isə belə sıralanıb: İspaniya (1460 xal), Almaniya (1340 xal), Portuqaliya (1245 xal), Kolumbiya (1186 xal), Uruqvay (1181 xal), Argentina, Braziliya (hər biri: 1174 xal), İsveçrə (1161), İtaliya (1115), Yunanıstan (1082).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm