Rio-2016: Rəqibinə hörmətsizlik etdi, komandadan qovuldu
Bizi izləyin

İdman

Rio-2016: Rəqibinə hörmətsizlik etdi, komandadan qovuldu

Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə +100 kq çəki dərəcəsində mübarizə aparan misirli idmançı İslam Əl Şəhabi öz ölkəsinin Milli Olimpiya Komitəsi tərəfindən cəzalandırılıb.

Publika.az xəbər verir ki, buna onun məğlub olduğu israilli idmançının əlini sıxmaqdan imtina etməsi səbəb olub.

Belə ki, turnirin 1/16 final mərhələsində israilli Or Sassona ipponla uduzan Əl Şahabi görüş başa çatdıqdan sonra onun əlini sıxmaqdan imtina etmişdi.

Onun bu davranışı idmançıya yaraşmayan və idman dostluğuna xələl gətirən hərəkət kimi Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən kəskin narazılıqla qarşılanmış və tənqidə məruz qalmışdı.

Bundan sonra isə Misir Olimpiya Komitəsi tərəfindən şiddətlə qınanılan idmançı milli komandadan uzaqlaşdırılaraq evə göndərilib. (Apasport.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm