İdman
Olimpiadada böyük QALMAQAL- VİDEO
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasnıda boks turnirində 56 kq çəki dərəcəsində qarşılaşma qalmaqalla başa çatıb.
"Riocentro" arenasında irlandiyalı Maykl Konlanla rusiyalı
Vladimir Nikitin qarşılaşmışdılar. Hakimlərin yekdil rəyi ilə
qələbə Rusiya təmsilçisinə verilib.
24 yaşlı dünya çempionu, belfastlı Maykl Konlan qərarla
razılaşmayıb.
O, "Twitter"dəki profilində Rusiya prezidenti Vladimir Putinə xitabən yazıb: "Hakimlər məni qızıl medaldan məhrum etdilər. Vlad, AİBA Nikitinin qələbəsi üçün səndən nə qədər pul istəmişdi?"
1/4 final mərhələsində döyüşü uduzan Maykl Konlan rinqdə rəqibinə və hakimlərə əli ilə biədəb jest göstərib.
Jurnalistlərə açıqlamasında isə o, Beynəlxalq Həvəskar Boks Assosiasiyasından (AİBA) danışıb: "AİBA fırıldaqçılardır. Lənətə gəlmiş saxtakarlar! Bundan sonra heç vaxt bu əclafların keçirdikdəri yarışlara qatılmayacağam. Bilirsiniz nə var?! Qarşıda peşəkar rinqdə əla karyeram var. Həvəskar boksdan isə artıq iyrənirəm! Əclaflar, saxtakarlar, murdarlar!" (milli.az)
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO