İdman
Azərbaycanın olimpiadalar tarixində yeni rekordu - 11 MEDAL
Azərbaycan Yay Olimpiya Oyunlarında özü üçün yeni medal rekordu müəyyən edib.
Publika.az xəbər verir ki, ölkə təmsilçiləri Rio-2016-da 11-ci medalı rəsmiləşdiriblər. Bununla da ən yüksək göstərici sayılan London olimpiadasındakı 10 medal həddi keçilib.
11-ci medalın sahibi qadın güləşçi Nataliya Sinişin olub. 53 kq çəkidə çıxış edən ukraynalı legioner Bakı-2015 I Avropa Oyunlarında olduğu kimi, Rio-2016-da da bürünc medalçı olub.
Rio-2016-da cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), eləcə də qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) gümüş medal qazanıb. Yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), həmçinin, qadın güləşçi Nataliya Sinişin (53 kq), kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə), taekvondoçu Patimat Abakarova (49 kq) və boksçu Kamran Şahsuvarlı (75 kq) bürünc medala sahib çıxıb.
Digər boksçu Lorenso Sotomayor (64 kq) ən azı bürünc medalı özünə təmin edib. Onun medalının hansı əyar olacağı yarımfinal döyüşündən sonra müəyyənləşə bilər. Yəni Sotomayor da Şahsuvarlı kimi uduzsa, bürünc medalı rəsmiləşdirəcək. Finala çıxacağı halda isə o, ən azı gümüş medalçı olacaq və çempionluq uğrunda mübarizə aparacaq.
Qadın güləşçilər London-2012-də də belə nəticə göstəriblər. 4 il öncə Stadnik gümüş medalçı olub, Yuliya Ratkeviç bürünc medal qazanıb. Bu dəfə Ratkeviç bürünc medalı son anda əldən verib, Nataliya Sinişin isə bu şansı qaçırmayıb.
Azərbaycan Atlanta-96-da 1, Sidney-2000-də 3, Afina-2004-də 5, Pekin-2008-də 7, London-2012-də 10 medal qazanıb. Rio-de-Janeyroda mükafat sayında artım tendensiyası davam etdirilib. 1992-ci ildə Barselonada olimpiya çempionları olan cüdoçu Nazim Hüseynovla idman gimnastı Valeri Belenki həmin vaxt MDB yığmasının heyətində çıxış ediblər.
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı