Rio-2016: Növbəti bürünc Hacıdan gəldi
Bizi izləyin

İdman

Rio-2016: Növbəti bürünc Hacıdan gəldi

Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışları keçirilir.

Publika.az xəbər verir ki, mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin (57 kq) ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. Həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.

Hacı 1/4 finalda Vladimir Xinçeqaşviliyə (Gürcüstan) məğlub olub. London-2012-nin finalçısı olan Xinçeqaşvili həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılıb.

Güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə qalib gələn pəhləvanımız bürünc medal uğrunda qarşılaşmada bolqarıstanlı Vladimir Vladimirovu mübarizədən kənarlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm