Rio-2016: Azərbaycan 13-cü medalını qazandı
Bizi izləyin

İdman

Rio-2016: Azərbaycan 13-cü medalını qazandı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov bürünc medal görüşünə çıxıb.

Publika.az xəbər verir ki, 74 kq çəki dərəcəsində son təsəlliverici görüşdə rəqib özbəkistanlı Bekzod Abduraxmanov olub.

Həsənov ilk yarını 4:2 hesablı üstünlüklə başa vurub. İkinci hissədə də üstünlüyünü davam etdirən azərbaycanlı pəhləvan qarşılaşmanı 9:7 hesablı qələbə ilə tamamlayıb.

Beləliklə, Cəbrayıl Həsənov özünün ilk olimpiya medalını, sərbəst güləş yığması adına ikinci bürünc medalı qazanıb. Bu, Azərbaycan yığmasının olimpiadada 13-cü medalı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm