“Neftçi”nin baş məşqçisindən SƏRT AÇIQLAMA: “Komanda cəzalandırılacaq”
Bizi izləyin

İdman

“Neftçi”nin baş məşqçisindən SƏRT AÇIQLAMA: “Komanda cəzalandırılacaq”

"Qarabağ” çox üstün futbol oynadı. Zədəli futbolçularımızın olması bizə problem yaratdı".

Publika.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ"la oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

V.Qasımov komandanın cəzalandırılacağını bildirib: "Deyərdim ki, komanda çox zəif futbol oynadı. Belə oyuna görə, futbolçular cəzalandırılacaq. Belə böyük hesablı məğlubiyyətə görə, hər kəsdən üzr istəyirəm".

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu 3:0 hesabı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm